RU

Mayottanın sakinləri Makronu səmimi qarşılamayıblar - VİDEO

Siklondan zərər çəkmiş Mayotta adasının sakinləri Hind okeanı regionuna səfərə gələn Fransa prezidenti Emmanuel Makronu səmimi qarşılamayıblar.


Manset.az rus mətbuatına istinadən xəbər verir ki, Makron ilkin məlumatlara görə ən azı 31 nəfərin ölümünə və 2500-ə yaxın insanın yaralanmasına səbəb olan Çido siklonunun baş verməsindən beş gün sonra Mayottaya gəlib.

Mayotta sakinləri arxipelaqdakı yaşayış şəraitindən və içməli suyun olmamasından arazıdırlar. Bu səbəbdən ada sakinləri dövləti fəaliyyətsizlikdə ittiham edərək Makronu istefaya çağırıblar. Qeyd olunur ki, bir çox insan prezidentə “boş danışma!” deyə qışqırıb, Makron isə özünü saxlaya bilməyib.

“Mən siklon deyiləm! Mən cavabdeh deyiləm!”, - prezident deyib. O, həmçinin adalılara deyib ki, “Fransa olmasaydı, 10.000 dəfə daha çox problem yaşayardınız”.

 

Избранный
8
2
manset.az

6Источники