"Keçmişdə iki uşağı olan hərbi xidmətə çağırılmırdı. Sonra 3 uşağı olan hərbi xidmətə çağırılmadı".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib:
"Bir şəxsin iki övladı var, onu hərbi xidmətə çağırırıq. İki övladın saxlanılmasının özü dövlətə köməkdir. İki uşaq il yarım öz valideynini görmür. Bununla uşağın gələcəkdə böyüməsində də problemlər yarana bilər".
Qafqaz Rafiqoğlu