RU

Kitabxana və muzeylərlə bağlı YENİLİK

Kitabxana və muzeylərin maliyyə vəsaitlərinin istifadə qaydası dəyişir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

“Kitabxana işi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, 31-ci maddənin üçüncü hissəsinin ikinci cümləsində “vəsait kitabxananın sərəncamında qalır” sözləri “vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.

“Muzeylər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə, 25-ci maddənin ikinci cümləsində “gəlir bütövlükdə muzeylərin sərəncamında qalır” sözləri “gəlirdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.

Qanun layihəsi müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Mina Mikayılova

Избранный
28
9
bakivaxti.az

10Источники