RU

Fransa məhkəməsi 51 nəfəri kütləvi zorlamada təqsirli bilib

Avinyonda hakimlər heyəti 72 yaşlı Dominik Pelikotu təxminən on il gizli şəkildə arvadı Jizelə trankvilizator dərmanı içirib yad adamları onu zorlamağa dəvət etməkdə və özünü zorlamaqda günahkar bilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu, Fransa prokurorluğunun tələb etdiyi müddət olub.

Qalan 50 müttəhim də təqsirli bilinib: hakimlər onlardan 46-nı zorlamada, 2-ni zorlamağa cəhddə və 2-ni cinsi təcavüzdə təqsirli bilib. Həmin şəxslər 5 ildən 15 ilədək müddətə azadlıqdan məhrum ediliblər. Onların əksəriyyəti günahlarını inkar edib.

Müxbirləri məhkəmədə iştirak edən medianın məlumatına görə, Dominik Peliko hökmü elan edərkən “heç bir emosiya nümayiş etdirməyib”.

Ümumilikdə Pelikonun işində 200-ə yaxın zorlama hadisəsi qeyd olunur. Məhkəmədə Jizel anonimlik hüququndan imtina etməklə qadın cinsi zorakılığın digər qurbanlarına dəstək olmaq istədiyini bildirib. Onun hərəkəti bütün dünyada müzakirə dalğasına səbəb olub və artıq Jizel Fransada "zorlama mədəniyyəti" ilə mübarizənin simvoluna çevrilib.

BBC-nin məlumatına görə, o, dekabrda ilin ən nüfuzlu 100 qadını siyahısına daxil edilib.

visiontv.az



Избранный
14
8
visiontv.az

10Источники