RU

Evin həbsxanasında məhbus olan Güney Azərbaycanlı fəallar gərəkli tibbi qayğıdan məhrumdurlar

Evin həbsxanasında saxlanılan azərbaycanlı fəalların fiziki vəziyyətinin əlverişsiz olmasına baxmayaraq, fəallar lazımi tibbi yardımdan və lazım olan dərman preparatlarından məhrumdurlar.

Xəbərə görə, Ayaz Seyfxah, Babək Hacızadə və Araz Amanın şiddətli soyuqdəymə səbəbindən fiziki vəziyyətinin pis olduğu, hətta Arazın qızdırmasının kəskin şəkildə yüksəldiyi və ehtiyacı olan dərmanları almaqdan məhrum olduğu bildirilir.

Prostat vəzi xəstəliyindən əziyyət çəkən, onurğa, əl və dizlərində problem yaşayan digər azərbaycanlı fəal Tahir Nəqəvi də lazımi müalicədən məhrum qalmağa davam edir.

Həmçinin, bel diski və yırtıq xəstəliyindən əziyyət çəkən Mürtəza Pərvin həbsxana rəhbərliyinin vədlərinə baxmayaraq, hələ də lazımi müalicəni ala bilmir.

visiontv.az



Избранный
9
visiontv.az

1Источники