RU

Qriqorçuk: “Neftçi”yə təyinatım təsadüf idi

"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk növbəti dəfə Azərbaycandakı uğursuzluğu ilə bağlı danışıb.

Yenisabah.az "Terrikon"a istinadla xəbər verir ki, Ukraynanın LNZ klubuna baş məşqçi təyin olunan mütəxəssis bununla bağlı fikirlərini bölüşərkən "Neftçi" dönəminə də toxunub:

“Mən həqiqətən Ukraynaya qayıtmaq istəyirdim. Azərbaycana ikinci gedişim planlaşdırılmamış və arzuolunmaz oldu. Daha doğrusu, bu, təsadüf idi. İndi isə mən Ukraynaya qayıtdım və buna çox şadam”.

59 yaşlı ukraynalı mütəxəssis bu ilin iyununda  "Neftçi"dən ayrılıb. Onun klubda fəaliyyəti cəmi 9 oyun çəkib. "Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib. Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib. Qriqorçuk 2015-18-ci illərdə Azərbaycanda “Qəbələ”nin də baş məşqçisi olub.


Telegram kanalımız
Избранный
11
3
yenisabah.az

4Источники