RU

Sanksiyalara məruz qalan Gürcüstan DİN-nin rəhbər şəxslərinə orden veriləcək

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) 11 yüksək vəzifəli şəxsi “Şərəf” ordeni ilə təltif olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, təltif olunacaq şəxslər arasında daxili işlər naziri, onun müavinləri və idarə rəisləri də var.

Baş nazir daxili işlər naziri Vaxtanq Qomelaurini özünə müavin təyin etməsi məsələsinə də münasibət açıqlayıb. O qeyd edib ki, bu məsələ əvvəllər də fəal müzakirə olunub, lakin bəzi qərarlar bu qərarı sürətləndirdi.

Qeyd edək ki, “Şərəf” ordeni veriləcək DİN rəsmilərinin bəzilərinə Böyük Britaniya, ABŞ və bəzi Avropa ölkələri sanksiya tətbiq edib.


Müəllif: Cəmilə Babayeva
Избранный
15
teleqraf.com

1Источники