RU

Baku TV Azərbaycana idxal olunan pikap avtomobilləri ilə bağlı süjet hazırlayıb

Baku TV Azərbaycana idxal olunan, əsasən kənd təsərrüfatında sahibkarlar tərəfindən istifadə edilən pikap tipli avtomobillərə tətbiq olunan aksiz vergisi barədə süjet hazırlayıb.

“Far.Az” xəbər verir ki, süjetdə qeyd edilib ki, ölkəyə idxal olunan avtomobillərə tətbiq olunan gömrük rüsumlarının hesablanması zamanı avtomobilin növü nəzərə alınmır.

“Məsələn, kənd təsərrüfatında istifadə olunan yolsuzluq avtomobili kimi tanınan pikap, miniven və doblo tipli avtomobillərin Azərbaycana idxalı zamanı güzəşt tətbiq olunmur. Bu növ avtomobillərdən həmçinin aksiz vergisi də alınır. Aksiz qiymətli və zinət əşyalarına, mineral xammala, onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növüdür. El dili ilə desək, “varlı vergisi”dir. Bəs əsasən kənd təsərrüfatı sahəsində sahibkarların istifadə etdiyi belə növ nəqliyyat vasitələri ilə lüks avtomobili müqayisə etmək nə dərəcədə doğrudur?”, - müəllif qeyd edib.

Bildirilib ki, qonşu Türkiyədə normal avtomobillərə mühərrik gücünə uyğun olaraq 45-220 %-ə qədər aksiz vergisi tətbiq edilirsə, pikap tipli avtomobillərə, avtobuslara, mikroavtobuslara bu vergi 1-15 % arasın dəyişir: “Bu da öz növbəsində çox böyük endirim deməkdir. Qonşu Gürcüstan təcrübəsinə nəzər saldığımızda bu rəqəm 5-7 %, Norveç, Kanada, İsveçdə bu rəqəm 1-3 % arasında dəyişir”.

İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, Azərbaycanda iki mühüm yanaşma bu istiqamətdəki təşəbbüslərə mane olur: “Birincisi, gömrük siyasəti fiskal siyasətin bir parçası kimi nəzərdən keçirilir. Gömrük dövlət büdcəsinin gəlirlərini təmin edən əsas qurumlardan biridir. Bu, dünya təcrübəsində daha çox uçotun təşkili və yaxud da müəyyən siyasətlərin icrasında istifadə olunan institut kimi görünsə də, Azərbaycanda daha çox fiskal institut kimi önə çıxır”.

Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətinin əhəmiyyətli hissəsi qeyri-formaldır: “Son dövrlərdə baxmayaraq ki, formal iqtisadiyyata, yəni sahibkarlıq fəaliyyətinin “ağardılması” ilə bağlı strategiyalara və təşviqlərə müəyyən üstünlük verilsə də, bu istiqamətdə tam nəticələr əldə olunmayıb. Hazırda bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi mümkündür və bununla bağlı güzəştlər verilə, bunun çərçivələri hazırlana bilər”.

Избранный
30
far.az

1Источники