Fransanın PSJ klubu Ukrayna millisinin və İngiltərə təmsilçisi "Bornmut"un üzvü İlya Zabarnını transfer etmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi bunun üçün artıq ilk addımı atıb.
Zabarnı Ukraynanın "Dinamo" klubunun yetirməsidir. O, 2023-cü ilin yanvarında Premyer Liqa təmsilçisi "Bornmut"a keçib.
Qeyd edək ki, 22 yaşlı müdafiəçi cari mövsüm Premyer Liqada 16 oyun keçirib.