RU

Süni gellərin ölkəyə gətirilməsinə icazə var? - Ağır fəsadları açıqlandı

Qadınların bir çoxu xarici görünüşlərində müxtəlif dəyişikliklər etmək üçün kosmetoloji prosedurlara ehtiyac duyurlar.

Təəssüf ki, bəzən bu dəyişiklik fəsadlarla nəticələnir. Müşahidələr göstərir ki, bəzi kosmetoloqlar "gözəllik qurban tələb edir" ifadəsini yanlış anlayıblar.

Onların istifadə etdikləri süni keyfiyyətsiz gellər ciddi fəsadlara yol açır. Burnuna dolğu etdirən bloqer Nuray Muxtarovanın burun qığırdağının və daha əvvəl Leyla Mirzəliyeva adlı modelin bədəninin müəyyən nahiyəsinə dolğu vurduqdan sonra çürüməsi bunu sübuta yetirdi.

Estetik cərrah Gündüz Bayramın sözlərinə görə, dolğudan sonra çürümə halları ilə bağlı müraciətlərin sayı günü-gündən artır.

Bu dolğular uzun müddət orqanizmdən xaric olmur, fəsadlarının nə zaman ortaya çıxacağını təyin etmək isə mümkün deyil.

"Təbii dolğu vurdurmaq olar, amma 40 yaşdan sonra. Qadınların gənc yaşda dolğu etdirməsi məsləhət deyil. Çünki sovrulandan sonra sallanmaya səbəb olur", - deyə həkim söyləyib.

Baku TV kosmetoloji gellərin əsasən xaricdən gətirildiyini nəzərə alaraq ölkəyə keçirilməsi üçün icazəsinin alındığı Dövlət Gömrük Komitəsinə müraciət edib.

Komitədən bildirilib ki, kosmetoloji prosedurlar zamanı istifadə edilən gellərin ölkəyə gətirilməsi Səhiyyə Nazirliyi tərəfindən verilən gigiyenik sertifikat əsasında həyata keçirilir. Süni və ya təbii üsullarla hazırlanmasından asılı olmayaraq, bu qəbildən olan məhsullar müvafiq sertifikatla təmin olunmadığı təqdirdə ölkəyə gətirilməsinə icazə verilmir.

Daha ətraflı videomaterialda:

Mənbə: oxu.az

Избранный
16
10
oxu.az

10Источники