RU

Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçiriləcək

21 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi Dövlət Gömrük Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər üçün imtahan keçirəcək.

İmtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və 628 nəfər müraciət edib.

DİM-dən AzEdu.az-a bildirilib ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Dövlət İmtahan Mərkəzinin saytından çap edib götürə bilərlər.

İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.

İmtahan saat 11:00-da başlanır. 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 61 nəzarətçi, 8  buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Test imtahanı mərhələsində namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.

Избранный
5
16
azedu.az

10Источники