RU

“Media Savadlılığı” Həftəsi çərçivəsində Bakı Şəhəri üzrə 16 məktəbdə “Media savadlılığı” mövzusunda təlimlər keçilib

Medianın İnkişafı Agentliyi və Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Media Savadlılığı” Həftəsi çərçivəsində Bakı Şəhəri üzrə 16 məktəbdə 1000 - ə yaxın şagirdə “Media savadlılığı” mövzusunda təlimlər keçilib.

Təlimlər zamanı MEDİA Agentliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Nuridə Dilanova, Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin əməkdaşları Əkbər Mikayılov və Aynur Zeynallı tərəfindən şagirdlərə müxtəlif təqdimatlar vasitəsilə media savadlılığının mahiyyəti, informasiyanın düzgün şəkildə axtarılması, onun təhlil edilməsi, xəbərin tənqidi qiymətləndirilməsindən bəhs edilib, faktı və vizual materialları yoxlayan proqramlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, təlimlərin məqsədi şagirdlərə media savadlılığının artırılması, doğru informasiya əldə etmə bacarıqlarının inkişaf etdirilməsi və müasir media mühitində tənqidi düşünmə qabiliyyətlərinin gücləndirilməsidir.

1/15
Избранный
17
2
media.gov.az

3Источники