RU

Putinin “duel” çağırışı aranı qatıb

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov və XİN rəsmisi izahat verdilər

Rusiya prezidenti Vladimir Putinin ilin yekunları ilə bağlı geniş mətbuat konfransında “Oreşnik”in köhnə texnologiyaya əsaslanan silah olması barədə suala cavabı geniş rezonans doğurub. Belə ki, Putin “Qərb liderlərinə silahları sınaqdan keçirmək üçün 21-ci əsrin yüksək texnologiyalı dueli” keçirməyi təklif edib.

“Əgər Qərb ekspertləri “Oreşnik”in vurula biləcəyinə inanırlarsa, qoy Kiyevdəki hədəfləri müəyyən etsinlər, hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini orada cəmləşdirsinlər, biz də zərbə endirək. O zaman baxarıq. Biz belə bir eksperimentə hazırıq” deyə, Putin bildirib.

Bu, Putinin “Oreşnik”ə güvəndiyindən daha çox Kiyev üzərində qorxunc məşq təklifinə bənzəyib. Təsadüfi deyil ki, mətbuat konfransından dərhal sonra Rusiya prezidenti “Moskva. Kreml. Putin” proqramının aparıcısı Pavel Zarubinə açıqlamasında yenidən bu məsələyə qayıtmağı zəruri bilib. Putin izah etməyə çalışıb ki, “dueli” başqa yerdə də təşkil oluna bilər. Kiyevi isə hədəf kimi o səbəbdən qabardıb ki, “Ukrayna paytaxtında Qərb ölkələri tərəfindən kifayət qədər ciddi hava hücumundan müdafiə sistemi qurulub”

Musavat.com xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da prezidentin “duel”lə bağlı fikirlərinə münasibət bildirib.

“Prezidentin bu bəyanatına ona verilən sual kontekstində baxmaq çox vacibdir. Bu, onun təşəbbüsü deyildi, ondan raketin mümkün zəiflikləri barədə soruşuldu və buna görə də prezident bu raketin necə işləməsi barədə kifayət qədər ətraflı danışdı” deyə, - Peskov vurğulayıb.

Peskov həmçinin deyib ki, Rusiyanın Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrə cavabları “hər dəfə olacaq” və Putin “bu barədə xəbərdarlıq edib”.

“Bilirsiniz ki, bu cür zərbələr Rusiya Federasiyasının ərazisində həyata keçirilib və bilirsiniz ki, prezident hər dəfə cavab veriləcəyini deyib”, - Kremlin sözçüsü bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Qərb ölkələrinin Putinin “Oreşnik”lə bağlı dediklərindən təəccüblənmələrinə reaksiya verib.

dfhdfghdfr.PNG

“Onlar özləri hər gün Rusiyanın dərinliklərində zərbələri müzakirə edirlər. NATO sadəcə olaraq hipotetik olaraq hücumlara icazə vermir, amma bu ideyanı həyata keçirmək üçün milyardlar ayrılır. İndi başlayıblar ki, “bu necə mümkündür”, “Bu, qəbuledilməzdir”. Bədir... Qərb liderləri hər gün Rusiyaya dərin zərbələr endirməkdən danışırlar. Və bu ölkələrdə heç kim belə bəyanatlardan “huşunu itirmir”, hüquq və beynəlxalq hüququ, insanlığı və insan haqlarını xatırlayan yoxdur. Qoy onlar başqalarına təklif olunan şəraitdə yaşamağın necə bir şey olduğunu düşünsünlər”, - deyə, diplomat qeyd edib.

Musavat.com

Избранный
9
musavat.com

1Источники