RU

Konfrans Liqası: Pirotexniki vasitələrdən istifadə edən azarkeşlər oyunu 20 dəqiqə ləngidiblər

UEFA Konfrans Liqasının V turunun “Yurqorden” (İsveç) - “Legiya” (Polşa) oyununda azarkeşlər pirotexniki vasitələrdən istifadə etdikləri üçün 20 dəqiqəlik fasilə yaranıb.

"Report" xəbər verir ki, ötən gecə baş tutan matçda yerli azarkeşlər komandalarını qarşıdan gələn yeni il münasibəti ilə təbrik etmək üçün şou yaratmaq istəyiblər.

Getdikcə tüstüyə bürünən meydanda görmə qabiliyyəti olduqca aşağı düşüb və nəticədə qarşılaşmanın baş hakimi oyunu saxlamaq məcburiyyətində qalıb. Vəziyyət düzəldikdən sonra görüş bərpa olunub. Referi itirilən vaxtı kompensasiya etmək üçün ilk hissənin sonuna 19 dəqiqə əlavə edib.

Qeyd edək ki, görüş İsveç təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Yurqorden" 13, "Legiya" isə 12 xal toplayaraq, birbaşa 1/8 finala vəsiqə əldə ediblər.

Избранный
13
2
far.az

3Источники