RU

Saray qəsəbəsində yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Saray
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 20-də saat 12:30 radələrində Sumqayıt, Saray qəsəbəsi MTK ərazisindən yaşayış binasında partlayış baş verməsi səbəbilə çağırış daxil olub. 1news.az APA-ya istinadən TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. “2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya edilib. Üzün, hər iki əlin, sağ budun yanığı diaqnozları təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunur”, - deyə məlumatda qeyd edilib. 12:57 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yüksəkmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Избранный
23
2
1news.az

10Источники