RU

Saray qəsəbəsindəki yanğında bir nəfər xəsarət alıb - TƏBİB

Bakı. Trend:

Saray qəsəbəsindəki yaşayış binasında baş verən yanğın zamanı 1nəfər xəsarət alıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilibki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə20.12.2024-cü il tarixində saat 12:30 radələrində Sumqayıt, Sarayqəsəbəsi MTK ərazisindən yaşayış binasında partlayış baş verməsisəbəbilə çağırış daxil olub.

"Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlbolunub.

2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt TibbMərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya edilib.

Üzün, hər iki əlin, sağ budun yanığı diaqnozları təyin edilənşəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımgöstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs NərimanovTibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunur",- deyəqurumdan əlavə edilib.

Qeyd edək ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşənçoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın yanğındanmühafizə orqanları tərəfindən söndürülüb.

Избранный
9
az.trend.az

1Источники