RU

Xankəndidə “Zəfər parkı” salınacaq

Bakı. Trend:

Xankəndi şəhərində “Zəfər parkı” salınacaq.

Bu barədə Trenddövlət satınalmalarının vahid internet portalından məlumat əldəedib.

Məlumata görə, artıq bununla bağlı “Xankəndi şəhərində, Ağdərəvə Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publikhüquqi şəxsi hazırlıq işlərini yekunlaşdırıb.

Belə ki, qurum şəhərdə “Zəfər parkı”nın salınması üçün söküntüişlərinə başlayır.

Publik hüquqi şəxs sözügedən işlərin icrasını “Şinkar Holding”MMC-yə həvalə edib və onunla dəyəri 2.994.837,4 AZN (2 milyon 994min 837 manat 4 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, “Şinkar Holding” MMC 2009-cu ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon manat olanşirkətin qanuni təmsilçisi Mehdiyev Ələsgər Fərrux oğludur.

Избранный
24
9
az.trend.az

10Источники