RU

Müxalifətlə deyil, onların ağaları ilə dialoq daha yaxşıdır – Kobaxidze

“Dialoq çox vacibdir, lakin bizim müxalifət, əslində isə dörd radikal partiya ikinci dərəcəli qüvvələrdir. Onların öz ağaları var”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin müxalifətlə dialoqa hazır olub-olmaması barədə danışarkən deyib.

O, yaxın həftələrdə dörd siyasi partiyanın rəhbərləri ilə dialoqun mütləq keçiriləcəyini bildirib.
“İkinci dərəcəli qüvvələrlə dialoqun əhəmiyyəti yoxdur. Buna görə də onların ağaları ilə dialoq aparmaq daha yaxşıdır. Başqa alternativ yoxdur”, - İ.Kobaxidze qeyd edib.


Müəllif: Cəmilə Babayeva
Избранный
5
teleqraf.com

1Источники