Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidinin dünəndən etibarən sökülməsi barədə məlumat vermişdik.
Oxu24.com xəbər verir ki,sözügedən xəbərlər mediada yayımlandıqdan sonra bəzi marşrutlar qiymətləri qaldırıb.
Bu barədə saytımıza Sumqayıt şəhərində yaşayan sakinlər məlumat verib.
Sakinlərin sözlərinə görə 17 nömrəli marşrut avtobusunda qiymət 1 manata qaldırılıb.
Qiymətlərin qəfil qaldırılması şagirdlərin dərsə getməsinə də problemlər yaradıb. Bu isə insanların narazılığına səbəb olub.
Oxu24.com məsələni diqqətdə saxlayır. Yaxın saatlarda rəsmi qurumların da mövqeyini təqdim edəcəyik.
Miri