RU

Ərdoğandan Suriya qaçqınlarına mesaj

Türkiyə enerji problemlərinin həllində Suriyaya kömək edəcək.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlama verən dövlət başçısı bildirib ki, rəsmi Ankara Suriya ilə ticarət əlaqələrini intensivləşdirəcək. Həmçinin regionda sülh və sabitliyin təmin olunmasına dəstək olacaq.

"Hazırda Suriya enerji sahəsində ciddi problemlər yaşayır. Ümid edirəm ki, biz onların bu sahədəki bütün problemlərini tezliklə aradan qaldıracağıq. Enerji və Təbii Sərvətlər Nazirliyimiz onlara hər cür köməklik göstərəcək", - deyə Ərdoğan qeyd edib.

Türkiyədən sığınacaq istəyənləri ölkədən çıxarmadıqlarını vurğulayan Ərdoğan suriyalılara könüllü olaraq geri qayıtmağıməsləhət görüb.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə ərazisində təxminən 3 milyon Suriya vətəndaşı yerləşib.


Müəllif: Ceyhun Ağazadə
Избранный
13
teleqraf.com

1Источники