Türkiyə Silahlı Qüvvələri terror təşkilatlarına qarşı əməliyyat tədbirlərini davam etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat tədbirləri nəticəsində Suriyanın şimalında PKK/YPG terror təşkilatının beş üzvü öldürülüb.