RU

Ən çox şikayət olunan provayderlərin reytinqi AÇIQLANDI

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ötən gün internet xidməti göstərən şirkətlərdən ən çox şikayət olunanların reytinqini dərc edib.

 

Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. O qeyd edib ki, istifadəçilər bu şirkətləri deyil, daha çox onlara məxsus provayderləri tanıyırlar.

 

O.Gündüz bu şirkətlərə aid olan provayderləri açıqlayıb:

 

“Beləliklə, ən bərbad müştəri məmnunluğu olan provayder “BirLink” olub. Xatırladıram ki , bu 17 provayder ölkənin pərakəndə internet bazarının 90%-nə nəzarət edirlər;

 

1. Enginet MMC (Birlink)
2. Selnet MMC (Selnet)
3. GSP MMC (Cityline)
4. Eurosel MMC (Eurosel)
5. Az-Evro Tel MMC (Azeurotel)
6. Konnekt QSC (Connect)
7. Smart Systems Technoloji MMC (Smart Online)
8. Kaspian Telekom MMC (Ailenet)
9. Beeonline ASC (Beeonline)
10. Aztelekom MMC (Aztelekom)
11. Bakı Telefon Rabitəsi MMC (Baktelekom)
12. Azeronline LTD BM (Azeronline)
13. Azqtel MMC (Sazz)
14. Rahat Telecom MMC (Rahat Telecom)
15. Ag Telekom MMC (Katv1)
16. Aznet Technologies QSC (AZnet)
17. Uninet MMC (Citynet)”.

 

Ekspert son olaraq qeyd etdi ki, bu reytinq İKTA-nın E-şikayet sistemi vasitəsilə formalaşan data əsasında hazırlanıb.

 

Türkan 

Избранный
40
sfera.az

1Источники