RU

İcra başçısı Malik İsaqov növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun dekabr ayı üzrə növbəti səyyar qəbulu Şirvan şəhəri ərazisində keçmiş məcburi köçkünlər üçün inşa olunmuş 685 mənzilli şəhərcikdə Mənzil İstismar departament idarəsinin binasında keçirilib. 

"Unikal" xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şirvan-Hacıqabul Regional bölməsinin nümayəndələri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.

Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verilib. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildiriblər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər. 

Избранный
12
4
unikal.az

10Источники