RU

"2022-2028 Dövlət Proqramı" məzunları ilə şəbəkələşmə görüşü baş tutub

Dekabrın 19-da Elm və Təhsil Nazirliyinin dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə “2022-2028 Dövlət Proqramı məzunları ilə şəbəkələşmə görüşü” adlı tədbir keçirilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Bildirilib ki, tədbirin keçirilməsində məqsəd 2024-cü il üzrə məzun olan proqram iştirakçılarının öncəki ilin məzunları və işəgötürən qurumlarla bir araya gətirilərək şəbəkələşməsinin həyata keçirilməsi olub.


Tədbirdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, Dövlət Neft Fondunun nümayəndələri, 30-a yaxın nüfuzlu dövlət və özəl sektor qurumlarının nümayəndələri, 150-dən çox Dövlət Proqramı məzunu iştirak edib.


Tədbirin açılış hissəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova cari ilin məzunlarını təbrik edib və gələcək karyera həyatlarında uğurlar arzu edib.

Görüşdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli və Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Rövşən Cavadov məzunlara öz təbriklərini ünvanlayıblar.

Daha sonra tədbir məzun və işəgötürən qurumlar arasında şəbəkələşmə oyunu ilə davam edib.

Tədbir əyləncə proqramı ilə başa çatıb.

Избранный
23
3
apa.az

4Источники