Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, Yaşar Əliyev Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.