RU

Ərdoğan: "Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq"

"Türkiyə hökumət qurumlarının yaradılmasında və konstitusiya hazırlanmasında Suriyaya kömək edəcək".

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

Türkiyə lideri vurğulayıb ki, rəsmi Ankara Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən onların lideri Əhməd əş-Şaraa (Əbu Məhəmməd əl-Culani - red.) ilə məsləhətləşmələrə başlayıb.

Türkiyə lideri əlavə edib ki, yaxın vaxtlarda Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.

"Biz onları (Suriyanın yeni hakimiyyətini nəzərdə tutur - red.) tək qoymayacağıq. Xarici işlər nazirimiz də tezliklə ora gedəcək. Onlar birlikdə yeni struktur quracaqlar", - deyə R.T.Ərdoğan qeyd edib.

Mənbə: oxu.az

Избранный
13
oxu.az

1Источники