RU

Baş nazir həbs edilən bəzi etirazçıları azad edəcəyinə söz verib

Gürcüstan paytaxtında inzibati xəta törətdiklərinə görə saxlanılan etirazçılar dekabrın sonuna kimi azadlığa buraxılacaqlar. RİA Novosti xəbər verir ki , bunu jurnalistlərə açıqlamasında baş nazir İrakli Kobaxidze deyib.

O qeyd edib ki, inzibati həbs 15 gündür.


"Buna görə də bütün məhbuslar ayın sonuna qədər azadlığa buraxılacaq. Bu, cinayət işi üzrə saxlanılanlara şamil edilmir”, - deyə hökumət başçısı vurğulayıb.


Baş nazirin sözlərinə görə, hazırda Tbilisidə mitinqlər  dinc xarakter alıb. Bu baxımdan artıq hüquq-mühafizə orqanlarının və təhlükəsizlik orqanlarının etirazçılara qarşı güc tətbiq etməsinə ehtiyac yoxdur.


Noyabrın 28-də Gürcüstanın bir sıra şəhərlərində, o cümlədən paytaxtda kütləvi etiraz aksiyaları başlayıb. Səbəb hakimiyyətin respublikanın  Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqları dayandırmaq qərarı olub.
 
Proses 2028-ci ilə qədər "dondurulacaq”.


Yaranmış vəziyyəti şərh edən Kobaxidze bildirib ki, ölkə hökuməti avropalı siyasətçilərin qəbuledilməz hərəkətlərinə görə belə bir addım atıb. Xüsusilə, o , Brüsseli kredit və qrantlardan şantaj aləti kimi istifadə etməyə çalışmaqda ittiham edib.
 
Aytac 

www.anews.az
Избранный
8
anews.az

1Источники