Bu il Panamanın Darien Gap bölgəsində 55 miqrant həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə prezident Jose Raul Mulino həftəlik mətbuat konfransında məlumat verib.
Prezident bölgədə 180 uşağın köməksiz vəziyyətdə tərk edildiyinibildirib.
Həmin uşaqlar dövlət tərəfindən himayəyə götürülüb.
Panama hökuməti sözügedən bölgədə miqrant axınının əvvəlki illə müqayisədə 41 faiz azaldığını açıqlayıb.
Qeyd edək ki, meşələr, bataqlıqlar və dağlarla örtülü olan Darien Gap bölgəsi miqrantlar üçün çox təhlükəli marşrut kimi tanınır.
Şəbnəm Mehdizadə