RU

Estoniya vətəndaşlarına Rusiya və Belarus qadağası...

Baltikyanı ölkə olan Estoniya 21 yaşa qədər Estoniya vətəndaşlarının və ya ölkədə yaşayış icazəsinə malik şəxslərin Rusiya və Belarusdakı tədbirlərdə iştirakını qadağan edib.

SİA-nın məlumatına görə, Xarici işlər naziri Marqus Çaxkna gənclərin qorunmasının vacibliyini vurğulayaraq qadağanın detallarını açıqlayıb. Buna əsasən, 21 yaşdan kiçik Estoniya vətəndaşlarının və ya yaşayış icazəsi olan şəxslərin Rusiya və Belarusdakı tədbirlərdə iştirakına icazə verilməyəcək. Qadağanı pozmaqda israr edənlərə pul cəzası və ya 5 ilə qədər həbs cəzası tətbiq oluna bilər.

Nazir Çaxkna Rusiyanın təsir fəaliyyətləri həyata keçirmək üçün dil, mədəniyyət, təhsil, idman, tarix və kilsə kimi təbliğat metodlarından istifadə etdiyini iddia edərək təşkil edilən tədbirlərin Avropalı gəncləri hədəfə aldığını bildirib.

"Rusiya sosial təcavüzünü leqallaşdırmağın və təbliğatını yaymağın yollarını axtarır. Bunu mədəniyyət, gənclər fəaliyyəti və idman vasitəsilə etmək də bir seçimdir" ifadəsini işlədən Marqus Çaxkna uşaqlar və gənclərin hədəf alınmasının qorxunc olduğunu qeyd edib.

Избранный
1
1
sia.az

2Источники