RU

Putin Qərbi duelə çağırdı- "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

Image

Üzeyir Cəfərov: "Rusiyanın təriflədiyi "Oreşnik" raketi Moskvanin 2011-ci ildən bəri sınaqdan kecirdiyi RS-26 "Rubej" raketinin yeni modifikasiyasıdır"

Bu günlərdə Rusiya prezidenti Vladimir Putin Amerikanı duelə çağırıb. O bəyan edib ki, yeni sınaqdan keçirilən "Oreşnik" hipersonik raketi dünyanin bütün havadan müdafiə sistemlərini yarıb keçməyə qadirdir. 

Putin təklif edir ki, Qərb və Amerika Kiyev ətrafında ən son havadan müdafiə sistemlərini yerləşdirsin, biz isə şəhərə "Oreşnik"lə hava zəribələri endirək. Görək onların havadan müdafiə sistemləri "Oreşnik"i havada zərərsizləşdirə bilirmi. Putinin belə "mazoxist" təklifinə hələ Ağ Evdən cavab gəlməyib. Putinin Kiyev şəhərini duel nişangah kimi təklif etməsi isə artiq onun siyasi xarakterini açıb ortaya qoyur.

O ki qaldı Rusiyada supersonik raketlərin varlığına, rus mütəxəssisləri etiraf edir ki, Moskvanın əlində həqiqi supersonic, yəni atmosferdə səs surətindən daha böyük sürətlə uçmaq qabiliyyətinə malik raket mövcud deyil. "Oreşnik" yalançı supersonik raketdir. Çünki "Oreşnik" atmosferdə supersonik sürət yığa bilmir. "Oreşnik" Yer səthindən yüz km-dan çox qalxaraq atmosferdən çıxır və hündürlüyün pik həddindən geri qayıdandan sonra Yerin cazibə qüvvəsinin köməyi ilə supersonik sürət yığa bilir. Ona gorə də digər hava hücumu raketkərində surət hədəfə yaxınlaşdıqca bir qədər azaldığı halda, "Oreşnik" hədəfə yaxınlaşdıqca sürəti artır. Atmosferdən çıxmadan, öz mühərriki hesabına supersonik surət yığa bilməyən raketlərə isə beynəlxalq hərbi ekspertlər "yalançı supersonik" raketlər deyirlər. Rusiyanin "Oresnik" raketi "yalançı supersonik" raketlər sinfinə aiddir.

Məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, son vaxtlar Rusiyanın təriflədiyi "Oreşnik" raketi Moskvanın 2011-ci ildən bəri sınaqdan kecirdiyi RS-26 "Rubej" raketinin yeni modifikasiyasıdır: "Raketin adı dilimizə tərcümədə "fındıq ağacı" mənasını verir. Sözügedən raketə sursatlarını fındıq agacının salxımlarına bənzədərək bu ad qoyublar. Rusiyanın strateji raket qüvvələrində  bundan məhdud sayda istifadə edilir. Rusiya bunu dünyada qarşısıalınmaz bir raket kimi təqdim edir. Mən bununla razilaşpmıram. Ukraynaya qarşı bundan da güclü silahlar tətbiq edilib. Məsələn, Rusiya "Kinjal" raketi haqqında da belə bir nağıl uydurmuşdu,  Putin  bununla bütün dünyanı hədələyirdi. ABS və müttəfiqləri bu sayıqlamaya istehza ilə yanaşır. Çünki "Oreşnik" Rusiyanın təqdim etdiyi kimi güclü raket deyil. Digər tərəfdən, ABŞ-də, hətta həqiqi supersonik raketləri belə tutan havadan müdafiə sistemləri var. Pentaqon və NATO-nun isə dünyada istəhsal edilən hər bir raketdən müdafiə proqramı mövcuddur. Bununla Rusiya növbəti dəfə blef edir. Sonuncu dəfə Rusiya "Oreşnik" orta mənzilli balistik raketlə Dneprdəki "YujMaş" silah zavodunu vurmuşdu. Bütün dünyaya bəyan etdilər ki, "YujMaş" artıq yoxdur. Amma təqdim edilən peyk gorüntülərindən bəlli oldu ki, zavod yerindədi, sadəcə bir kənarında dağıntı var. Rusiya bunlarla Amerika və Qərbi qorxutmaq istəyir. O da alınmır.

Putin ötən ayın 21-də keçirdiyi mətbuat konfransında orta mənzilli raketlərlə bağlı generalları toplamışdı. Putin onlardan ümidverici bir fikir gözləyirdi, amma heç biri buna bənzər hec nə demədi.

Hazirda Rusiya "Oresnik"ə bənzər bir neçə layihəni də nəzərdən keçirir. Amma ciddi nəticələr hələ əldə edilməyib. Rusya daha çox danışmaga, təbliğata üstünlük verir. Bu günlərdə keçirilən mətbuat konfransında da Putin dünyaya hədə-qorxu gəldi.

Əvvəla, bu müharibəni dayandırmaq lazımdır, hər iki tərəfdən külli miqdarda itkilər var. Rusiya isə hələ də kiməsə hədə-qorxu gəlir.

İndi bəlli olur ki, "YujMaş" silah zavoduna atılan "Oreşnik" cəmi bir nüsxə olub. Sonuncu toplantıda Rusiya Müdafiə Nazirliyinin hərbi-sənaye və raket istehsalçıları ilə görüşdə Putin dedi ki, bunun kütləvi istehsalına başlamaq lazımdır. O əlavə etdi ki, "Oreşnik" orta mənzilli raketinin sınaqları uğurla keçdi. Yəni hələ bu raketin kütləvi istehsali yoxdur. Üstəgəl, prezident ötən ay onu da dedi ki, sınaqlar davam edir, deməli, hələ raket gözləntiləri döğrultmur, təkimləsməyə ehtiyac var. Bu, bir ay əvvəlki iclasda deyilən sözdür. Həmin vaxtdan da bəri bu raketin kütləvi istehsalı barədə hec bir qərar yoxdur.

Bu günlərdə Rusiyanın Suriyadan çıxdığı bəlli oldu. Putin isə bəyan edir ki, Rusiya Suriyada hədəflərinə nail oldu. Halbuki, Moskva Suriyada hec bir hədəfinə çatmadı, məğlub durumda ölkəni tərk edir. İndi "Oreşnik" barədə də deyilənlər ona bənzəyir".

Dəniz NƏSİRLİ





Избранный
30
baki-xeber.com

1Источники