RU

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir TƏYİN EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib.

Bizim.Media xəbər verir ki, bu posta Elvin Məmmədov təyin edilib.

Elvin Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Biznes, Ticarət və Kommersiya üzrə bakalavr və eyni universitetin mühasibat və maliyyə üzrə magistr məzunudur.


O, 2019-2022-ci illərdə “Yalama Agropark” MMC-də baş maliyyə inzibatçısı, 2022-ci ilin avqust ayından son təyinatına kimi isə “Cyberpoint” şirkətində Maliyyə departamentinin rəhbəri kimi çalışıb.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

Bizim.Media

Избранный
7
3
bizim.media

5Источники