Məktubda deyilir:
"Zati-aliləri.
Hörmətli İlham Heydər oğlu.
İcazə verin, "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə olan dərin ehtiramımı bildirim, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım.
Sizin müdrik rəhbərliyiniz və Azərbaycan Respublikasının çoxşaxəli inkişafına dair kompleks yanaşmanız ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməkdə davam edir. Azərbaycanın danılmaz nailiyyətləri, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi, ölkənin həyatın bütün sahələrində qlobal çağırışların həllinə verdiyi konstruktiv töhfə Sizin uzaqgörənliyinizin və respublikanın gələcək inkişafına, xalqınızın rifahına və firavanlığına yönəlmiş səylərinizin göstəricisidir.
"TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ölkənin iqtisadi potensialının genişləndirilməsinə, nəqliyyat sektoru da daxil olmaqla çoxsaylı istiqamətlərdə regional və beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş məqsədyönlü və nəticəyönümlü fəaliyyətinizi yüksək dəyərləndirir.
Fürsətdən istifadə edərək, regionlararası əlaqəliliyin, o cümlədən Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə daha yaxşı şəraitin yaradılmasına sarsılmaz sadiqliyinizə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, tükənməz enerji və yeni nailiyyətlər diləyirəm.
Yorulmaz səyləriniz və əməyiniz Sizə, Sizin simanızda yaxınlarınıza və Azərbaycan xalqına uğur və firavanlıq gətirsin!".