RU

1-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib

14 dekabr 2024-cü il tarixində Arena Hall by Green City-də Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə 1-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib.

Tədbirdə APFM-in sıx əməkdaşlıq etdiyi dövlət və özəl qurumların-Azərbaycan Respublikasının  İqtisadiyyat Nazirliyi,  Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Neft fondu,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər dövlət qurumlarının nümayəndələri , eləcə də APFM korporativ üzvləri-ictimai əhəmiyyətli qurumlar- SOCAR, Azərişıq, Azərenerji, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərsun, Azfen, Paşa Bank, Kapital Bank, ABB, Xalq Bank, Bank Respublika, Yelo Bank və digər təşkilatların əməkdaşları, APFM-in fərdi üzvləri -  150-dən çox təşkilatın maliyyə menecerləri və peşəkar mühasibləri iştirak ediblər.

Tədbirin açılışı xüsusi hazırlanmış videoçarxla başladı. Videoçarxda APFM-in yaranma tarixi, fəaliyyəti və nailiyyətləri əks etdirilib.

APFM ailəsinin fəxri üzvü- akademik Ziyad Səmədzadə açılış nitqi ilə çıxış edib. O öz çıxışında tədbirin əhəmiyyətini vurğulayıb və iştirakçılara təşəkkürünü bildirib.

APFM-in üzv olduğu IFAC- Beynəlxalq Mühasiblər Federasiyasının rəhbərliyi tərəfindən göndərilmiş təbrik videoçarxı nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları APFM üzvlərinin uğurla başa vurduğu 2024-cü ilin mühüm hadisələrini əks etdirən videoçarxı izləyiblər.

Daha sonra tədbirin ən gözlənilən anı – 1-ci APFM AWARDS mükafatlandırma mərasimi keçirilib. Mükafatları APFM-in idarə heyətinin sədri Nuriyyə Novruzova təqdim edib. O, tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib və hər bir qalibin peşəkarlıq yolunda göstərdiyi səyləri yüksək qiymətləndirib.

APFM AWARDS mükafatlandırma mərasimi peşəkarlar üçün yeni uğurların başlanğıcı olmaqla yanaşı, peşəkarlıq, innovasiya və liderliyin göstəricisidir. Tədbirin hər il keçirilməsi nəzərdə tutulur.

Təqdim olunmuş mükafatlar:

For Contribution to Economic Enlightenment - Ziyad Səmədzadə, APFM Məsləhət Şurasının üzvü, akademik 

Partner of the Year 2024 - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

Financial Director of the Year 2024 - Namig Orujov, Azərişıq ASC, Maliyyə direktoru 

Financial Manager of the Year 2024 - Səidə Əliyeva, Mərkəzi Neftçilər xəstəxanasının Maliyyə Meneceri

Chief Accountant of the Year 2024- İmaməli Həsənov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Maliyyə və uçot departamentinin rəis müavini

Accounting Specialist of the Year 2024 - Qabil İsmayılov, “Azərenerji”-nin baş mühasibi 

Finance Professional of the Year 2024- Bəxtiyar Səmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Maliyyə şöbəsi, Əməliyyatlar və mühasibat uçotu sektorunun müdiri 

Risk Manager of the Year 2024 - Ramil Bayramov, APFM Risk komitəsinin sədri, SOCAR Karbamid zavodu, Risklərin idarə olunması üzrə menecer

Financial Analyst of the Year 2024 - Orxan Seyidzadə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Maliyyə şöbəsinin maliyyə hesabatlarının icmallaşdırılması sektorunun müdiri

Tax Manager of the Year 2024- Rəşad Əhmədov, APFM Qanunvericilik Komitəsinin sədri, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi Qanunvericiliyi şöbəsinin rəisi

Budget Manager of the Year 2024- Sənan Fətəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə Departamenti, Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin baş məsləhətçisi

Professional Accountant of the Year 2024- İlqar Eyyubov, Mpay şirkətinin Maliyyə direktoru 

Internal Auditor of the Year 2024- Ilkin Ismayilli, APFM Komitə üzvü, Azərpoçt MMC-nin daxili auditoru

Financier of the Year 2024- Emin Kazımov, APFM Komitə üzvü, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Maliyyə və Təsərrüfat departamentinin müdiri

Training Centre of the Year 2024 - Finans Academy 

Tutor of the Year 2024- Aslan Məcidov, APFM-in Komitə üzvü və peşəkar təlimçisi

Consultant of the Year 2024 - Fuad Cavadov, Proqres Balans konsaltinq şirkətinin baş direktoru, APFM Komitə üzvü 

Member of the Year 2024  - Mariya Həmzəbəyova

Company of the Year 2024 –Baku Oxford School

Bank of the Year 2024 - Bank Respublika 

Finansist Interviewer of the Year 2024- Ramil Qədirov, SOCAR Neft qaz elmi tətqiqat layihə İnstitutu, İqtisadiyyat və uçot departamentinin rəis müavini

Student of the Year 2024-Sədaqət Süleymanova

Избранный
17
marja.az

1Источники