RU

Qətər və Türkiyə Suriyanın sabitləşdirilməsində əsas rol oynaya bilər – PISM

Əsəd rejiminin süqutundan sonra Qətər və Türkiyə Suriyanın sabitləşdirilməsində əsas rol oynaya bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Polşanın aparıcı beyin mərkəzi PISM yazır.

Qeyd edilir ki, bu ölkələr “Taliban və HƏMAS kimi siyasi cəhətdən təcrid olunmuş qruplarla işləmək təcrübəsinə malikdirlər və Suriyanın yeni hakimiyyət orqanları ilə münasibətlərdə mühüm vasitəçi ola bilərlər”.

Bundan əlavə, hər iki ölkə Suriyada sülh və sabitliyin təmin edilməsi, müxalif qüvvələr arasında daxili fikir ayrılıqlarının həllinə və zorakılığın təkrarlanmasının qarşısının alınmasına kömək edə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
19
interpress.az

1Источники