“Bayden administrasiyası Ukraynaya yekun hərbi yardım paketini elan etməyə hazırlaşır” – “Reuters”
ABŞ prezident administrasiyası yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını elan etməyə hazırlaşır. Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Agentlik yazır ki, bu paket Co Bayden administrasiyasının Ukraynanı birbaşa dəstəkləmək üçün atdığı son addımlardan biri ola bilər. Mənbələr bildiriblər ki, ABŞ Pentaqonun öz ehtiyatlarından avadanlıq və silah təmin etmək əvəzinə istehsalçılarla müqavilə bağladığı Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAİ) çərçivəsində 1,2 milyard dollar yardım edəcək. USAİ-nin silah çatdırması aylar və ya illər çəkə bilər. Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, paketə hava hücumundan müdafiə vasitələri və artilleriya mərmiləri daxil olacaq.