RU

İntizam pozuntularına yol verən üç vəkil cəzalandırılıb

Yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla Azərbaycan Vəkillər Kollegiyası (ARVK) üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.

Aznews.az xəbər verir ki, bu barədə qərar Kollegiya Rəyasət Heyətinin bugünkü iclasında səsləndirilib.

İclasda bildirilib ki, həmçinin 1 vəkilə irad və 1 vəkilə isə töhmət verilib.

İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sonra iclasda ARVK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən yenidən qurulması nəzərdə tutulan inzibati binanın tikinti və təmiri işlərinin satınalınması üzrə elan olunmuş açıq tenderin nəticəsi elan edilib.

Belə ki, tenderdə iştirak edən iddiaçı “Bakı Abadlıq Xidməti” MMC-nin təklifləri qiymətləndirilib və tender komissiyasının qərarına əsasən sözügedən şirkət qalib elan edilib. Rəyasət Heyəti tərəfindən qalib şirkətlə müvafiq satınalma müqaviləsinin imzalanması, habelə inzibati binanın tikinti və təmiri işlərinə yaxın günlərdə başlanılması qərara alınıb.

Избранный
11
23
aznews.az

10Источники