RU

Bu ölkə Fransaya vaxt verdi: Ordunu tam çıxart!

Bu

Fransa hökuməti Çad hökumətindən hərbi kontingentini yanvarın 31-dək bu Afrika ölkəsindən tamamilə çıxarmaq əmri alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa Beynəlxalq Radiosu (RFI) Fransa hökumətinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Radionun həmsöhbətləri cəmi yeddi həftə ərzində min əsgər və çoxlu texnikanı geri çəkməyin mümkün olmadığını bildiriblər. Onlar Çad hakimiyyətinin bu tələbini təzyiq adlandırıblar, bununla bağlı danışıqların getdiyi vurğulanıb.

Çad hakimiyyətinə yaxın mənbənin sözlərinə görə, fransız qoşunların çıxarılması üçün ilkin cədvəl mart ayına qədər hesablanıb, lakin müddət uzun olduğu üçün rədd edilib.

Qeyd edək ki, Fransa ordusunun Çaddan çıxarılması prosesi bir müddət öncə başlayıb.

Избранный
22
xalqcebhesi.az

1Источники