RU

"Baydenin gecikmiş qərarları Zelenskiyə heç bir şans buraxmadı" - "Bloomberg"

Amerika prezidenti Co Bayden 2022-ci ildən bəri Ukraynaya kömək etmək üçün çox az iş görüb. Nəticədə Kiyev münaqişədə qalib gəlmək şansını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" Ukrayna və Qərb mənbələrinə istinadən yazır.

“Bayden son həftələrində nə etməsindən asılı olmayaraq, Ukrayna prezident Vladimir Zelenski ərazilərin çoxunu qeyri-müəyyən vəziyyətdə saxlamalı olacaq" - nəşr qeyd edir.

Məlumata görə, ABŞ-ın Kiyevə 90 milyard dollardan çox yardım və silah göndərməsinə baxmayaraq, bəzi müttəfiqlər Baydenin “daha ​​müasir silahların tədarükü ilə bağlı əsas qərarların” qəbulunu iki il gecikdirməsindən məyusdurlar.

Nəşr qeyd edir ki, Ağ Evin taktikası döyüş meydanında Zelenskiyə heç bir şans buraxmadı.


Müəllif: Arzu
Избранный
15
1
teleqraf.com

2Источники