Azərbaycanlı futbolçuların - Renat Dadaşovla Həsən Nəzərovun çıxış etdiyi "Ankaragücü" baş məşqçisi Kenan Koçak ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı I Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
Qeyd edək ki, 23 xalı olan "Ankaragücü" Türkiyə I Liqasının turnir cədvəlində 8-ci pillədə mövqe tutub.