RU

BVF Ukraynaya 1,1 milyard dollar ayrılmasını təsdiqlədi

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası 2023-cü ilin martında təsdiq edilmiş Genişləndirilmiş Kredit Proqramı (EFF) çərçivəsində Ukraynaya 1,1 milyard dollarlıq növbəti tranşın ayrılmasını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə fondun yazılı açıqlamasında deyilir.

Sənəddə qeyd edilib ki, BVF Şurası Ukrayna üçün uzadılmış kredit vəsaitinin altıncı nəzərdən keçirilməsini başa çatdırıb. Bu da büdcə dəstəyi üçün istifadə olunacaq təqribən 1,1 milyard dollar ekvivalentində vəsaitin ayrılmasına imkan verəcək.

Избранный
23
3
qafqazinfo.az

8Источники