Ukrayna millisinin və Londonun “Çelsi” klubunun cinah oyunçusu Mixail Mudrik Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə gedib.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə ukraynalı ilə şəklini yayımlayan “təqaüdçülər”inin fan-blogeri “Şarqa” məlumat verib.
Dekabrın 21-də Ər-Riyadda Aleksandr Usik və Tayson Fyuri arasında revanş qarşılaşması keçiriləcək .
Dekabrın 17-nə keçən gecə məlum olub ki, Mudriki uğursuz dopinq testinə görə uzun müddət diskvalifikasiya gözləyir. 23 yaşlı futbolçunun qanında qadağan olunmuş maddə aşkarlanıb, 2024-cü ilin oktyabrında “A” nümunəsi götürülüb. Yaxın vaxtlarda “B” nümunəsi açılacaq.