RU

Culaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi

ABŞ Dəməşqdəki təmaslardan sonra Suriyada hakimiyyətə gələn “Heyət Təhrir əş-Şam”ın (HTŞ) lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) haqqında məlumat üçün təyin edilən 10 milyon dollar pul mükafatını ləğv edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif Suriyaya səfərindən sonra onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, Suriyadakı danışıqlar zamanı terrorçu qrupların ölkə daxilində və xaricində, o cümlədən ABŞ və onun regional müttəfiqləri üçün təhlükə yaratmaması məsələsi müzakirə olunub. Lif qeyd edib ki, Culani bu təhlükələrin qarşısını almaq üçün öhdəlik götürdüyünü bəyan edib.

Bundan başqa, “Əl-Cəzirə” telekanalı Suriyanın yeni keçid hökumətinin ABŞ hakimiyyətini Suriyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırdığını yazıb.

Qeyd edək ki, Culani ABŞ tərəfindən terrorçu kimi axtarışa verilmiş, tutulmasına kömək edəcək məlumat üçün 10 milyon dollar məbləğində mükafat təklif edilirdi.

Избранный
18
2
qafqazinfo.az

7Источники