RU

Şuşaya qayıdan sakin: "Öz doğma yurdumuzda yaşamaq hissi bir başqadır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"27 yaşımda Şuşadan çıxmışam, indi nəvələrimlə, ailəmlə öz yurduma qayıdıram".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Rövşən Hümbətov deyib.
O bildirib ki, köçkünlük həyatını Suraxanıda yaşayıb:
"Köçkünlük həyatımızın 30 ilini Bakıda, Xətai rayonunda keçirmişik. Dövlətimiz məcburi köçkünlərə hər cür şərait yaratsa da, onların mənzil-məişət şəraitini yaxşılaşdırsa da, öz doğma yurdumuzda yaşamaq, orada yaratmaq hissi bir başqadır. Sevincimizin həddi-hüdudu yoxdur. Fürsətdən istifadə edib 44 günlük müharibədə dövlətimizin yanında olan, Azərbaycanın haqq savaşında onu dəstəkləyən ölkələrə də öz təşəkkürümü bildirirəm.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 49 ailə (191 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
Избранный
24
50
oxu.az

10Источники