RU

27 yeni canlı növü kəşf edildi

Perunun Amazon meşələrində pərdəli ayaqları olan amfibik siçan, kəpənəklər və balıqlar daxil olmaqla 27 yeni canlı növü kəşf edilib.

Turkustan.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ mərkəzli "Conservation International" qeyri-kommersiya təşkilatının hesabatına görə, 2022-ci ilin iyun-iyul aylarında tədqiqatçılar Alto Mayo regionunda Amazon meşələrinə 38 günlük ekspedisiya təşkil ediblər.

Tədqiqat missiyasına rəhbərlik edən təşkilatın Biomüxtəliflik və Ekosistem Elmləri üzrə baş direktoru Trond Larsen, 4 məməli, 8 balıq, 3 amfibiya və 10 kəpənək də daxil olmaqla ümumilikdə 27 yeni növ aşkar etdiklərini açıqlayıb. /bakupost.az/

Избранный
2
1
turkustan.az

2Источники