Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden Tayvana 571,3 milyon dollar məbləğindəhərbi yardım ayırma qərarını təsdiqləyib.
Trend xəbər verirki, bu barədə Ağ Evdən yayılan açıqlamada bildirilir. PrezidentBayden açıqlamasında belə deyib:
“Prezident kimi mənə verilən səlahiyyətlə, dövlət katibinə buməbləğin istifadəsinə göstəriş verirəm.”
Bu vəsaitlərin ABŞ Müdafiə Nazirliyi vasitəsilə müdafiətexnikası, hərbi xidmətlər, eləcə də hərbi təhsil və təlimlər üçünistifadə olunacağı qeyd olunur.
Eyni zamanda, Çin Tayvana silah tədarükündə iştirak edən 13 ABŞistehsalçısına qarşı sanksiyalar tətbiq edib. Çin bu addımıTayvanla bağlı siyasətinə zidd hesab edir və hərbi yardımlarıgərginliyi artıran bir faktor kimi görür.