RU

Trampdan Ukraynaya xoş xəbər - FT

Donald Trampın komandası Avropa rəsmilərinə ABŞ-ın yeni prezidentinin Ukraynaya hərbi yardımı davam etdirməyi planlaşdırdığı barədə məlumat verib.
 
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.
 
Nəşr qeyd edir ki, daha öncə - seçki kampaniyası zamanı Tramp Ukraynaya yardımı kəsəcəyini və Kiyevi dərhal sülh danışıqlarına başlamağa məcbur edəcəyini vəd etsə də, indi o, andiçmə mərasimindən sonra Kiyevə Amerika silahlarının verilməsini davam etdirmək niyyətindədir. Bu məlumatı nəşrə danışıqlarla tanış olan üç nəfər təsdiqləyib.
 
Eyni zamanda, Tramp NATO müttəfiqlərindən müdafiə xərclərini iki dəfədən çox artırmağı tələb etməyi planlaşdırır. Əgər hazırkı hədəf ÜDM-in 2%-dirsə (alyansın 32 üzvündən yalnız 23-ü bu standarta cavab verir), Tramp bu göstəricini 5 faizə qaldırmaq istəyir.
 
Nəşrin həmsöhbətlərindən biri deyir ki, Tramp yəqin ki, sonda 3,5%-lə razılaşacaq. Eyni zamanda, görünür, ABŞ-ın yeni prezidenti böyük müdafiə xərclərini ABŞ-la ticarətin daha əlverişli şərtləri ilə açıq şəkildə əlaqələndirməyi planlaşdırır.
Избранный
2
3
moderator.az

4Источники