RU

Zelenski səfirimizi Kiyevdən qovanda... - Kobaxidze

Ukrayna Prezidenti Vladimir Zelenski müstəqil hərəkət etmir və hökumətimiz onunla polemika aparmağı arzulamır.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“O, müstəqil fəaliyyət yürüdə bilməz. O, Gürcüstandakı səfiri geri çağıranda, Ukraynadakı səfirimizi qovanda müstəqil deyildi. Bu, acı reallıqdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Zelenski çətin vəziyyətdədir və buna əsaslanaraq hökumət onunla polemikaya girməyəcək.

Qeyd edək ki, Zelenski Avropa Şurasında çıxışı zamanı bildirib ki, Gürcüstanda mövcud hökumət Avropa Birliyi ilə münasibətləri saxlamaqdan imtina edir və bu səbəbdən rəsmi Tiflisə təzyiq göstərilməlidir.

Избранный
18
axar.az

1Источники