RU

Azərbaycanda satılan bu maşınları almaq məsləhət görülmür

Məlum məsələdir ki, bir çox ölkələrdə, xüsusən də, Yaponiyada avtomobillərin sükanı sağ tərəfdə olur. Ölkəmizə belə maşınların gətirilməsi qadağan olduğundan elə oradaca sükanı sağdan sola keçirilir. Bu da bir sıra problemlərə gətirib çıxarır.

Milli.Az xəbər verir ki, hazırda yaponiyadan ölkəmizə gətirilən Nissan Note, Micra, Tiida, Toyota Aqua və Fielder kimi maşınların hamısının sükanı sağdan sola keçirilib. Bu modelləri almağı düşünürsünüzsə rəsmi dilerin satdığı modellərə üstünlük verməyiniz məsləhət görülür.

Niyə "perekitka" maşın almağa dəyməz?

Sükanı sağdan sola keçirilmiş avtomobilləri almaq təhlükəlidir. Belə avtomobilləri almaq tövsiyyə olunmur. Bu kimi avtomobillərə hətta bəzi ölkələrdə sığorta ödəniş etmir.

Sükan sisteminin dəyişdirilməsi zamanı standartlara uyğun olmayan hissələrdən istifadə edilə bilər, bu isə qəza zamanı ciddi təhlükələr yaradır.

"Perekitka" zamanı hava yastığı modulları (airbag) düzgün yerləşdirilməyə və ya tamamilə işdən çıxmağa məruz qala bilər.

Sükan sisteminin dəyişdirilməsi prosesində elektrik naqilləri, sensorlar və digər hissələr düzgün qoşulmaya bilər. Bu, uzunmüddətli istifadədə ciddi problemlərə səbəb ola bilər.

Sükanın qeyri-peşəkar dəyişdirilməsi avtomobilin idarəetmə keyfiyyətini azalda bilər. Xüsusilə sürətli və ya dolama yollarda təhlükə artar.

Bu cür avtomobillərin bazar dəyəri aşağı olur və satılması çətinləşir.

Belə avtomobilləri seçərkən, onların ucuz qiyməti cazibədar görünə bilər, lakin təhlükəsizlik və texniki risklər daha ciddi problemlər yarada bilər. Ən yaxşı seçim orijinal sükanlı və düzgün texniki baxışdan keçmiş avtomobil almaqdır.

Qeyd edək ki, Azərbaycanda sükanı sağda olan avtomobillərin idarə edilməsi 1998-ci ildən bəri qadağandır.

İslam
Milli.Az

Избранный
34
5
milli.az

6Источники