RU

İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı baş verən faicəli hadisə ilə bağlı başsağlığı verib.

"Operativ Media"nın məlumatına görə, Azərbaycan Prezidentinin məktubunda deyilir:

"Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Qeyd edək ki, ötən gün Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 11 nəfər ölüb, 80-dək insan xəsarət alıb. Məlumata görə, avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib.

Избранный
32
8
operativmedia.az

10Источники