Ukrayna pilotsuz uçuş aparatları ilə Kazan şəhərindəki hündürmərtəbəli binalara hücum edib.
TASS-ın xəbərinə görə, hücümlar 50 dəqiqəlik intervalla törədilib. Hadisədən dərhal sonra hər üç tikilidə yanğın başlayıb.
“Baza” teleqram kanalı isə yazıb ki, şəhərin müxtəlif ərazilərinə də PUA-larla hücumlar törədilib.
Hadisənin təfərrüatları hələlik açıqlanmır.
Məlumatda bildirilib ki, Tatarıstanın rəisi Rüstəm Minnixanov və digər məsul şəxslər hadisə yerinə gəlib.
"Cebheinfo.az"